Xocalıda ev tekstili hazırlanan atelye fəaliyyətə başlayıb

Xocalıda ev tekstili hazırlanan atelye fəaliyyətə başlayıb

DİGƏR
414

Xocalı şəhərində atelye fəaliyyətə başlayıb.

Fins.az xəbər verir ki, "Naxışlı" atelyesi 10 günə yaxındır Xocalıda fəaliyyət göstərir.

Layihə rəhbəri Təranə Sultanovanın sözlərinə görə, atelye müasir standartlara cavab verən istehsal sahəsidir və hazırda 5 nəfər işlə təmin olunub:

"Daha iki vakansiya da var. Xocalıda sakinlərin sayı çoxaldıqca atelyedə vakansiyaların sayı artacaq. İlkin mərhələdə ev tekstili - süfrələr, yemək servisi üçün dekorativ örtüklər, salfetlər, dəsmallar toxunacaq. Zamanla məhsul çeşidləri də artırılacaq".

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Xocalıda ev tekstili hazırlanan atelye fəaliyyətə başlayıb — Fins.az