Xaricdə təhsil üzrə Dövlət Proqramında sənəd qəbulu süni intellektlə yoxlanılacaq - Qədir Xəlilov

Xaricdə təhsil üzrə Dövlət Proqramında sənəd qəbulu süni intellektlə yoxlanılacaq - Qədir Xəlilov

DİGƏR
231

Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində 33 ölkənin 230-dan çox universiteti və 4000-dən artıq təhsil proqramı əhatə olunur.

Fins.az xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov mediaya müsahibəsində bildirib.

Q.Xəlilovun qeyd edib ki, proqram çərçivəsində ümumilikdə 15 prioritet ixtisas müəyyən edilib.

Onun sözlərinə görə, bu il yeniliklərdən biri mədəniyyət və incəsənət sahəsi üzrə proqram sayının 19-a çatdırılmasıdır. Eyni zamanda, yüksək nəticə göstərən namizədlər arasında bərabərlik yarandığı halda, dil bilikləri və digər meyarlar əsasında reytinq müəyyən ediləcək.

Q.Xəlilov vurğulayıb ki, 2026-cı ildən etibarən sənəd qəbulu prosesində ilk dəfə süni intellekt alətlərindən istifadə olunacaq. Bu yanaşma qəbul prosesinin daha şəffaf və dəqiq aparılmasına xidmət edəcək, lakin proses tam şəkildə avtomatlaşdırılmayacaq.

Bildirilib ki, namizədlər qaydalara uyğun olaraq sənədlərini düzgün şəkildə yükləməlidirlər. Proqram üzrə yaş məhdudiyyəti isə nəzərdə tutulmur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Xaricdə təhsil üzrə Dövlət Proqramında sənəd qəbulu süni intellektlə yoxlanılacaq - Qədir Xəlilov — Fins.az — Fins.az