Vətən müharibəsi qazisi şöbə müdiri təyin edilib

Vətən müharibəsi qazisi şöbə müdiri təyin edilib

DİGƏR
296

Balakən Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatları həyata keçirilib.

Fins.az xəbər verir ki, bununla bağlı icra başçısı Natiq Ağayev müvafiq əmrlər imzalayıb.

Məlumata görə, icra başçısının əmri ilə Hacı Muradov Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, həmçinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri vəzifəsinə təyin olunub.

Digər əmrlə Asif Məmmədov Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri vəzifəsinə gətirilib.

Qeyd edilib ki, Asif Məmmədov bu təyinatadək Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi vəzifəsində çalışıb. Hacı Muradov isə İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi kimi fəaliyyət göstərib.

Bildirilib ki, Vətən müharibəsi qazisi olan Hacı Muradov bir sıra dövlət təltiflərinə layiq görülüb. O, Azərbaycan Prezidentinin Sərəncamları ilə “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” medalları, Nazirlər Kabinetinin sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı, həmçinin “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunub. / iqtisadiyyat.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Vətən müharibəsi qazisi şöbə müdiri təyin edilib — Fins.az — Fins.az