Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək boksçuların sayı açıqlanıb

Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək boksçuların sayı açıqlanıb

DİGƏR
1,146

Beynəlxalq Olimpiya Komitəsi (IOC) Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək boksçuların sayını açıqlayıb.

Fins.az xəbər verir ki, bu barədə IOC-un İsveçrənin Lozanna şəhərində iclasında məlumat verilib.

Olimpiadada 100 qadın, 189 kişi boksçusunun mübarizə aparacağı bildirilib.

Beynəlxalq Boks Assosiasiyasının (AIBA) iskvalifikasiyası ilə əlaqədar IOC "Tokio-2020"də boks yarışlarının təşkilini üzərinə götürüb.

Kişilərin yarışında səkkiz, qadınlarda isə beş çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Olimpiadada iştirak edəcək bokçular yanvar - may aylarında keçiriləcək lisenziya turnirlərindən sonra bəlli olacaq.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları iyulun 24-də başlayacaq, avqustun 9-da yekunlaşacaq. 

© Report

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək boksçuların sayı açıqlanıb — Fins.az — Fins.az