Teylor Svift süni intellekt dələduzluğuna qarşı səsini və obrazını ticarət nişanı kimi qeydiyyata alır

Teylor Svift süni intellekt dələduzluğuna qarşı səsini və obrazını ticarət nişanı kimi qeydiyyata alır

DİGƏR
338

Fins.az - Dünyaca məşhur pop ulduz Teylor Svift süni intellekt vasitəsilə yaradılan saxta kontentlərə qarşı hüquqi müdafiəsini gücləndirmək məqsədilə ABŞ-də yeni addım atıb.

Müğənni ABŞ-də üç fərqli ticarət nişanı üçün müraciət edib. Onlardan biri onun Eras Tour zamanı səhnədə çəkilmiş fotosuna, digər ikisi isə son albomu “The Life Of A Showgirl”i təqdim edərkən istifadə etdiyi səs fraqmentlərinə əsaslanır.

Hüquqşünas Coş Qerbenin açıqlamasına görə, bu qeydiyyatlar Sviftə yalnız eyni səs və görüntülərin deyil, həm də “qarışıqlıq yarada biləcək dərəcədə oxşar” imitasiya halları üzərində hüquqi iddia qaldırmaq imkanı verə bilər.

Ekspert bildirir ki, bu addım müğənniyə əlavə qoruma səviyyəsi qazandırır:
“Əgər süni intellektlə yaradılan Teylor Svift səsi və ya obrazı onun qeydiyyatdan keçmiş ticarət nişanlarına bənzəyərsə, bu, federal məhkəmədə pozuntu kimi qiymətləndirilə bilər.”

Qeyd olunur ki, bu qərar internetdə süni intellektlə yaradılmış saxta Teylor Svift görüntüləri və videolarının yayılmasından sonra verilib. Həmin kontentlər arasında seksual xarakterli şəkillər və hətta saxta siyasi reklamlar da yer alıb.

Bənzər addımı daha əvvəl aktyor Mettü Makkonahi də atıb. O, ilin əvvəlində səsini və obrazını ticarət nişanı kimi qeydiyyatdan keçirərək süni intellekt dublikatlarına qarşı hüquqi qorunma əldə edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Teylor Svift süni intellekt dələduzluğuna qarşı səsini və obrazını ticarət nişanı kimi qeydiyyata alır — Fins.az — Fins.az