
Şirvan-Salyan Regional Təhsil İdarəsi ofis mebelləri alır
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsi ofis mebellərinin alınması ilə bağlı kotirovka sorğusu elan edib.
Fins.az satınalmanın ehtimal olunan qiyməti 8.050,00 AZN təşkil edir. Müsabiqə 29 aprel 2026-cı il tarixində dərc olunub, təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi isə 21 may 2026-cı il saat 15:45-dir.
Satınalma çərçivəsində 1 ədəd toplantı masası, 5 ədəd paltar dolabı, 10 ədəd kitab dolabı, 1 ədəd mini dolab, 1 ədəd kitab rəfi və 30 ədəd ofis kreslosunun alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 16,10 manat müəyyən edilib.
Satınalma ilə bağlı bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə həyata keçiriləcək.