Seçmə mərhələ: Azərbaycan-Portuqaliya oyununun hakimləri açıqlanıb

Seçmə mərhələ: Azərbaycan-Portuqaliya oyununun hakimləri açıqlanıb

DİGƏR
372

Fins.az - AVRO-2027-nin seçmə mərhələsinin B qrupunun 8-ci turunda Azərbaycan və Portuqaliya U-21 yığmaları arasında Bakıda keçiriləcək oyunun hakim təyinatları açıqlanıb.

8-ci kilometr qəsəbə stadionunda təşkil olunacaq görüşün baş hakimi yunanıstanlı Xristos Vergetis olacaq. Ona həmyerliləri Andreas Fotopoulos və Konstantinos Staikos kömək edəcəklər. Dördüncü hakim funksiyasını Aleksandros Katsikogiannis yerinə yetirəcək.

Qarşılaşma martın 27-si saat 15:00-da başlayacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Seçmə mərhələ: Azərbaycan-Portuqaliya oyununun hakimləri açıqlanıb — Fins.az — Fins.az