Rusiya Baş nazirinin müavini Azərbaycana səfərə gəlib

Rusiya Baş nazirinin müavini Azərbaycana səfərə gəlib

DİGƏR
326

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycana səfərə gəlib.

Fins.az xəbər verir ki, Overçukun Bakıda keçiriləcək iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında iştirak edəcəyi bildirilir.

Overçuk Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın bu gün keçiriləcək 24-cü iclasının tədbirlərində iştirak etmək üçün Azərbaycana işgüzar səfərə gəlib.

Overçuk və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin birgə sədrliyi ilə tərəflər 22 avqust 2025-ci ildə Həştərxanda keçirilən komissiyanın 23-cü iclasının qərarlarının icrasını, eləcə də Rusiya-Azərbaycan əməkdaşlığının əsas sahələrinin inkişafı üzrə fəaliyyət planının icrasını müzakirə edəcəklər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiya Baş nazirinin müavini Azərbaycana səfərə gəlib — Fins.az — Fins.az