Premyer Liqa: “Sabah” “İmişli”yə, “Qarabağ” “Zirə”yə qarşı

Premyer Liqa: “Sabah” “İmişli”yə, “Qarabağ” “Zirə”yə qarşı

DİGƏR
376

Fins.az - Bu gün Azərbaycan Premyer Liqasının XXIV turunda daha iki oyun keçiriləcək.

Günün ilk matçı Quba Olimpiya İdman Kompleksinin stadionunda “İmişli” ilə “Sabah” arasında olacaq. Qarşılaşma saat 15:00-da başlayacaq. Hazırda Masazır təmsilçisi 56 xalla turnir cədvəlinə başçılıq edir. İmişli klubu isə 22 xalla 9-cu pillədə qərarlaşıb.

Günün digər oyununda “Qarabağ” “Zirə”nin qonağı olacaq. Görüş saat 19:15-də başlayacaq. Ağdam təmsilçisi 49 xalla ikinci sırada yer alıb. “Köhlən atlar”ın ehtiyatında daha bir oyunu var. “Qartallar” isə 39 xalla 4-cü pillədədir.

Qeyd edək ki, turun əvvəlki gün baş tutan matçlarında “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı 2:1, “Şamaxı” isə “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib. Tura martın 15-də yekun vurulacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Premyer Liqa: “Sabah” “İmişli”yə, “Qarabağ” “Zirə”yə qarşı — Fins.az — Fins.az