
Olimpiyaçılarımızın medalları yenisi ilə əvəz olunur
Fins.az - Azərbaycan idmançılarının Paris-2024 Yay Olimpiya Oyunlarında qazandıqları və sonradan aşınmaya məruz qalan medallar yenisi ilə əvəz edilib. Beynəlxalq Olimpiya Komitəsi (BOK) məlumatına görə, taekvondoçu Qaşim Maqomedovun gümüş və yunan-Roma güləşçisi Həsrət Cəfərovun bürünc medalları artıq yenisi ilə dəyişdirilib. Medallar martın 20-dək Bakıya – Milli Olimpiya Komitəsinə göndəriləcək. Yenilənmiş medalların təqdimatı zamanı Olimpiya mükafatçıları MOK-a dəvət olunacaq.