“Neft Daşları” yatağından indiyədək hasil olunan neft və qazın həcmi AÇIQLANIB

“Neft Daşları” yatağından indiyədək hasil olunan neft və qazın həcmi AÇIQLANIB

DİGƏR
672

“Neft Daşları” yatağı istifadəyə veriləndən 01.05.2024-ə gədər buradan 180,2 mln. ton neft hasil olunub.

Fins.az xəbər verir ki, bu məlumat Bakı Enerji Həftəsi çərçivəsində "Caspian Oil&Gaz" neft-qaz sərgisində SOCAR tərəfindən təqdim olunub.

Məlumata görə, hesabat dövründə “Neft daşları”da 14,1 mlrd. kubmetr qaz hasil olunub.

“SOCAR-ın illik neft-qaz hasilatının 70%-i sahilə “Neft Daşları”ndan ötürülür”, - məlumatda qeyd olunur.

İnzibati cəhətdən Pirallahı rayonunun tərkibinə daxil olan “Neft Daşları” yatağı Bakı şəhərindən 110 km şərqdə, Pirallahı adasından 50 km cənub-şərqdə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşir. “Neft Daşları” ərazisində təbii qrifonlar olduğuna görə dənizin səthinə çıxmış daşlar qara rəngə boyanıb, buna görə də əvvəllər bura “Qara Daşlar” adlanıb.

1948-ci ilin dekabrında ilk tikinti dəstəsi “Transportnik” (Nəqliyyatçı) kateri ilə Pirallahı adasından “Qara Daşlar”a göndərilir, burada qazma briqadası üçün 14 m²-lik yaşayış yeri hazırlanır və qazma buruğunun tikintisi həyata keçirilir. 1949-cu ilin iyununda birinci kəşfiyyat quyusunun qazılması məqsədilə ömrünü başa vurmuş “Çvanov” gəmisi gətirilir və tələb olunan nöqtədə batırılır. Noyabrın 7-də quyuda neft fontan (gündəlik 100 ton hasilatla) vurur və bununla da, dünya tarixində açıq dənizdə neftçıxarmanın əsası qoyulur.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Neft Daşları” yatağından indiyədək hasil olunan neft və qazın həcmi AÇIQLANIB — Fins.az