
“Mançester Siti” İngiltərə Liqa Kubokunun qalibi olub
Fins.az - “Mançester Siti” İngiltərə Liqa Kubokunun qalibi olub. Finalda Londonun “Arsenal” klubunu 2:0 hesabı ilə məğlub edən “Siti” bu titulu tarixində doqquzuncu dəfə qazanıb.
Matç Londondakı “Wembley” stadionunda keçirilib. İlk qol 60-cı dəqiqədə 21 yaşlı akademiya yetirməsi Niko O’Rayli tərəfindən vurulub. Dörd dəqiqə sonra, 64-cü dəqiqədə o, ikinci qolunu da vuraraq komandasının qələbəsini təmin edib.
Qeyd edək ki, ötən il Liqa Kubokunu “Nyukasl” qazanmışdı. Finalda “sorokalar” “Liverpul”u 2:1 hesabı ilə üstələyib.