“Peyk Zavodu”nun rəhbərliyində dəyişiklik

“Peyk Zavodu”nun rəhbərliyində dəyişiklik

DİGƏR
431

Finss.az - Müdafiə Sənayesi Nazirliyinə məxsus “Peyk Zavodu” MMC-nin rəhbərliyində dəyişiklik baş verib.

Müəssisənin direktoru Məhəbbət Hümbətov vəzifəsindən azad olunub. Onun yerinə Elşən Quliyev təyin edilib.

Yeni direktor Elşən Quliyev daha əvvəl nazirliyin tabeliyində fəaliyyət göstərən “Alov Zavodu”na rəhbərlik edib.

Qeyd edək ki, “Peyk Zavodu” 1993-cü ildə Fransanın “M.U.P. Industrie G.I.E.” konsorsiumunun iştirakı ilə inşa olunub və 1996-cı ildə kommersiya qurumu kimi dövlət qeydiyyatına alınıb. Müəssisənin nizamnamə kapitalı 1 765 578 manat təşkil edir. Zavod müxtəlif növ çap lövhələrinin istehsalı ilə məşğuldur.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Peyk Zavodu”nun rəhbərliyində dəyişiklik — Fins.az — Fins.az