İlk 10 ölkədən Azərbaycana gələn turistlərin sayı 1,8 milyon nəfəri keçib

İlk 10 ölkədən Azərbaycana gələn turistlərin sayı 1,8 milyon nəfəri keçib

DİGƏR
293

2025-ci ilin yanvar–noyabr ayları ərzində Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2% azalıb.

Finss.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin aylıq hesabatında məlumat verilib.

Hesabata əsasən, 2025-ci ilin ilk 11 ayı ərzində Azərbaycana 2 milyon 364 min 251 nəfər turist səfər edib. Halbuki 2024-cü ilin eyni dövründə ölkəyə gələn turistlərin sayı 2 milyon 412 min 160 nəfər təşkil etmişdi.

2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycana ən çox turist göndərən ölkələr (ilk 10):

  1. Rusiya – 573 067 nəfər
  2. Türkiyə – 416 689 nəfər
  3. İran – 190 504 nəfər
  4. Hindistan – 151 574 nəfər
  5. Gürcüstan – 101 142 nəfər
  6. Səudiyyə Ərəbistanı – 99 196 nəfər
  7. Qazaxıstan – 95 952 nəfər
  8. Pakistan – 81 952 nəfər
  9. Çin – 60 636 nəfər
  10. İsrail – 59 917 nəfər

Məlumatlar göstərir ki, baxmayaraq ümumi turist axınında azalma qeydə alınıb, Rusiya və Türkiyə Azərbaycana ən çox turist göndərən ölkələr olaraq lider mövqelərini qoruyub saxlayır.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İlk 10 ölkədən Azərbaycana gələn turistlərin sayı 1,8 milyon nəfəri keçib — Fins.az — Fins.az