İİTKM-in “İqtisadi İslahatlar” Jurnalı OpenAIRE Elmi Platformasında İndeksləşdirildi

İİTKM-in “İqtisadi İslahatlar” Jurnalı OpenAIRE Elmi Platformasında İndeksləşdirildi

DİGƏR
243

Fins.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təsisçisi olduğu “İqtisadi İslahatlar” elmi jurnalı Avropanın ən böyük Açıq Elm (Open Science) infrastrukturlarından biri olan OpenAIRE platformasında indeksləşdirilib.

OpenAIRE Avropa Komissiyasının dəstəyi ilə formalaşdırılmış və hazırda dünyanın ən böyük açıq elmi ekosistemlərindən biri hesab olunur. Platforma milyonlarla elmi nəşri, tədqiqat məlumatlarını, proqram təminatını, layihələri və elmi təşkilatlar haqqında məlumatları vahid infrastrukturda birləşdirərək tədqiqat nəticələrinin beynəlxalq səviyyədə əlçatanlığını təmin edir.

“İqtisadi İslahatlar” jurnalının OpenAIRE-də indeksləşdirilməsi jurnalın beynəlxalq akademik görünürlüğünü artırmaqla yanaşı, onun qlobal elmi informasiya sistemlərində daha geniş təmsil olunmasına, müxtəlif ölkələrin alim və tədqiqatçıları tərəfindən daha rahat aşkar edilməsinə, eləcə də elmi əməkdaşlıq və istinad imkanlarının genişlənməsinə töhfə verəcək.

Jurnalın OpenAIRE platformasındakı səhifəsi ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

https://explore.openaire.eu/search/find?fv0=Iqtisadi%20Islahatlar&f0=q

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İİTKM-in “İqtisadi İslahatlar” Jurnalı OpenAIRE Elmi Platformasında İndeksləşdirildi — Fins.az — Fins.az