Həftənin ən vacib qlobal iqtisadi xəbərləri

Həftənin ən vacib qlobal iqtisadi xəbərləri

DİGƏR
43

Bu həftə dünyanın əsas iqtisadi xəbərləri ABŞ, İngiltərə, İsveçrə, Çin və Avstraliyada açıqlanacaq.

Fins.az "Report"un analitik qrupuna istinadən xəbər verir ki, həftənin dünya bazarlarına təsir edə biləcək ən vacib 5 iqtisadi xəbərinin aşağıdakılar olduğunu bildirir:

1) Sentyabrın 14-də ABŞ-da inflyasiya göstəricisi. Bu göstərici ABŞ-da uçot dərəcəsinə təsir edən əsas amil hesab olunur. Bundan başqa, həftə ərzində ABŞ pərakəndə satış həcmi, istehsal qiymətləri indeksi, işsizlik müraciətləri, sənaye istehsalının həcmi kimi göstəricilər açıqlanacaq. Həmçinin ABŞ-da vergi islahatları barədə xəbərlərin olması gözlənilir.

2) Britaniya Mərkəzi Bankı sentyabrın 14-də uçot dərəcəsi və monetar siyasət barədə qərarını açıqlayacaq. Bununla yanaşı, avqust ayı inflyasiya və işsizlik göstəricilərinin açıqlanması gözlənilir.

3) Sentyabrın 14-də İsveçrə Mərkəzi Bankı da uçot dərəcəsi ilə bağlı qərar verəcək. Analitiklər uçot dərəcəsinin -0,75% səviyyəsində qalacağını ehtimal edirlər.

4) Sentyabrın 12-də Çində sənaye istehsalının həcmi, əsas kapitala investisiyalar və pərakəndə satışların həcmi açıqlanacaq.

5) Sentyabrın 14-də Avstraliyada avqust ayı məşğulluq və işsizlik göstəricisi açıqlanacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Həftənin ən vacib qlobal iqtisadi xəbərləri — Fins.az — Fins.az