Fevralda televiziyalarda aparıcıların xarici sözlərə istifadəsi azalıb - Audiovizual Şura

Fevralda televiziyalarda aparıcıların xarici sözlərə istifadəsi azalıb - Audiovizual Şura

DİGƏR
239

Azərbaycanda televiziya kanallarında xarici sözlərin istifadəsi ilə bağlı aparılan monitorinqlərin nəticələrində azalma dinamikasının müşahidə olunduğu bildirilib.

Fins.az xəbər verir ki, bu barədə Audiovizual Şuranın yaydığı məlumatda qeyd olunub.

Məlumata görə, ötən ilin sonlarından etibarən ümumölkə yerüstü və peyk yayımında olan televiziya kanallarının efirində xarici sözlərin istifadəsi ilə bağlı monitorinqlər həyata keçirilir.

Bildirilib ki, monitorinqlər AMEA-nın Dilçilik İnstitutu tərəfindən Azərbaycan dilində qarşılığı mövcud olan xarici kəlmələr kimi təsdiqlənmiş 40-a yaxın söz üzrə aparılır və 15 televiziya kanalının aparıcılarının efir çıxışlarını əhatə edir.

Qeyd olunub ki, 2026-cı ilin yanvar ayında televiziya yayımçılarının məsul şəxsləri ilə keçirilən görüşdə dekabr ayının nəticələri onların diqqətinə çatdırılıb və nəticələrin nəzərə alınması tövsiyə edilib. Həmçinin bildirilib ki, növbəti monitorinqlərdə mənfi tendensiya davam edəcəyi halda inzibati tənbeh tədbirləri tətbiq oluna bilər.

Açıqlamaya əsasən, yanvar ayının nəticələri dekabr ayına yaxın olsa da, keçirilən görüşlər və maarifləndirici tədbirlər fevral ayında daha nəzərəçarpan nəticə verib.

Belə ki, 15 televiziya kanalında aparıcılar tərəfindən xarici sözlərdən istifadə halları dekabr ayında 1 366, yanvar ayında 1 460 olduğu halda, fevral ayında bu göstərici 864-ə qədər azalıb.

Audiovizual Şura monitorinqlərin davam etdiriləcəyini vurğulayıb və yayımçılara redaksiya nəzarətinin gücləndirilməsinin vacibliyini bir daha xatırladıb. Eyni zamanda, redaksiya heyətləri və aparıcıların xarici sözlərin istifadəsinin azaldılması istiqamətində daha intensiv fəaliyyət göstərmələrinin tövsiyə olunduğu bildirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Fevralda televiziyalarda aparıcıların xarici sözlərə istifadəsi azalıb - Audiovizual Şura — Fins.az — Fins.az