EMTA sədri Bakı Enerji Həftəsində Azərbaycan-Almaniya enerji əməkdaşlığının perspektivlərindən danışıb

EMTA sədri Bakı Enerji Həftəsində Azərbaycan-Almaniya enerji əməkdaşlığının perspektivlərindən danışıb

DİGƏR
105

Fins.az - Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) təşkilatçılığı ilə “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilmiş tədbirdə iştirak edib. Tədbirin məqsədi Almaniya və Azərbaycandan olan tərəfdaşları bir araya gətirərək iki ölkənin enerji sektorunda əməkdaşlığın gücləndirilməsi, investisiya imkanlarının təşviqi və gələcək strateji tərəfdaşlıqların müzakirəsi olub.

Tədbirdə çıxış edən Samir Axundov hazırda qlobal enerji sektorunun köklü transformasiya dövrünü yaşadığını və bu dəyişən mühitdə Azərbaycanın özünü təkcə etibarlı enerji tərəfdaşı kimi deyil, həm də yaşıl enerjinin yeni mərkəzi kimi təqdim etdiyini bildirib: “Uzun illərdir ki, Azərbaycan öz neft və təbii qaz resursları sayəsində regional və Avropa enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıb. Lakin bu gün ölkəmiz inkişafın yeni mərhələsinə — diversifikasiya, bərpaolunan enerji və dekarbonizasiyaya yönəlmiş mərhələyə qədəm qoyur.”

Samir Axundov Azərbaycanın böyük bərpaolunan enerji resurslarına malik olduğunu qeyd edib.

EMTA-nın İdarə Heyətinin sədri həmçinin regional yaşıl enerji dəhlizlərinin yaradılmasının əhəmiyyətindən danışıb və Azərbaycanın təkcə yaşıl enerji istehsalçısı kimi deyil, həm də Mərkəzi Asiya, Xəzər regionu və Avropanı birləşdirən ixrac və tranzit qovşağı kimi çıxış etdiyini vurğulayıb: “Bütün bu nailiyyətlər yalnız bərpaolunan enerjinin istehsalı sahəsində deyil, həm də şəbəkə texnologiyaları, enerji saxlanc sistemləri, hidrogen texnologiyaları, “ağıllı həllər”, rəqəmsallaşma və enerji səmərəliliyi sahələrində də böyük imkanlar yaradır.”

Samir Axundov öz çıxışında bununla yanaşı, Azərbaycanın enerji keçidi hədəflərinin dəstəklənməsində Almaniyanın təcrübəsi, innovasiyaları və texnologiyalarının mühüm rol oynaya biləcəyini qeyd edib. 

“Hesab edirik ki, dayanıqlı artıma nail olmaq üçün möhkəm beynəlxalq əməkdaşlıq və uzunmüddətli tərəfdaşlıq vacibdir. Azərbaycan və Almaniya işgüzar dairələri arasındakı əməkdaşlığın gələcəkdə də genişlənəcəyinə və hər iki tərəf üçün yeni imkanların yaranacağına əminəm” - deyə o qeyd edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
EMTA sədri Bakı Enerji Həftəsində Azərbaycan-Almaniya enerji əməkdaşlığının perspektivlərindən danışıb — Fins.az — Fins.az