CFI Financial Group-un Azərbaycan ofisində yeni təyinat

CFI Financial Group-un Azərbaycan ofisində yeni təyinat

DİGƏR
326

CFI Financial Group-da yeni kadr təyinatı həyata keçirilib.

Fins.az xəbər verir ki, Tural İbrahimov şirkətin Azərbaycan üzrə Daxili Audit rəhbəri vəzifəsinə təyin edilib.

Məlumata görə, Tural İbrahimov audit, daxili nəzarət, risklərin idarə edilməsi və çirkli pulların yuyulmasına qarşı mübarizə (AML) üzrə uyğunluq sahələrində 13 ildən çox peşəkar təcrübəyə malikdir.

O, bundan əvvəl "Cahan Sığorta Agentliyi"nin icraçı direktoru, "Tiko Azərbaycan" şirkətində Audit, Daxili Nəzarət və Uyğunluq üzrə rəhbər, "Gen Construction" şirkətində Audit və Daxili Nəzarət üzrə rəhbər, DOST Agentliyində daxili auditor, həmçinin "Bank Respublika" və Azərbaycan Sənaye Bankında əməliyyat riski və AML uyğunluğu üzrə müxtəlif vəzifələrdə çalışıb.

Tural İbrahimov eyni zamanda AML compliance üzrə milli ekspert kimi fəaliyyət göstərir.

O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Beynəlxalq iqtisadi əlaqələr ixtisası üzrə bakalavr, MBA proqramı üzrə isə magistr təhsili alıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
CFI Financial Group-un Azərbaycan ofisində yeni təyinat — Fins.az — Fins.az