"Beşiktaş" doğma meydanda "Gənclərbirliyi"ni böyük hesabla məğlub edib

"Beşiktaş" doğma meydanda "Gənclərbirliyi"ni böyük hesabla məğlub edib

DİGƏR
1,031

Dekabrın 27-də Türkiyə Superliqasının XVII turunda "Beşiktaş" doğma meydanda "Gənclərbirliyi"ni qəbul edib.

Fins.az xəbər verir ki, oyunun 12-ci dəqiqəsində qonaqların hücumçusu Nadir Ciftci qırmızı vərəqə alaraq komandasını meydanda azlıqda qoyub. Buna baxmayaraq "Gənclərbirliyi"nin hücumçusu Floyd Ayite 24-cü dəqiqədə hesabı açmağa müvəffəq olub. Lakin qonaq komanda 12 dəqiqə sonra meydanda 9 nəfərlə qalıb. Yasin Pəhlivan kobud oyununa görə meydandan qovulub.

Birinci hissə "Gənclərbirliyi"nin minimal qələbəsi ilə başa çatıb. İkinci hissəyə fəal başlayan meydan sahibləri görüşün qalan dəqiqələrində 4 qol vurublar. İstanbul təmsilçisinin qollarını Damaqoy Vida (49), Georges-Kevin Nkoudou (60), Oğuzxan Ozyakub (74) və Atiba Hutçinson (90) vurub.

Turun digər oyunları dekabrın 28-29 və 30-da keçiriləcək.

Hazırda "Sivasspor" klubu 34 xalla vahid liderdir. "Başakşəhər" və "Beşiktaş" komandaları 30 xalla müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Beşiktaş" doğma meydanda "Gənclərbirliyi"ni böyük hesabla məğlub edib — Fins.az — Fins.az