"Barselona"nın baş məşqçisi futbolçunun komandadan ayrılmasını istəməyib

"Barselona"nın baş məşqçisi futbolçunun komandadan ayrılmasını istəməyib

DİGƏR
990

İspaniyanın "Barselona" klubunun yeni baş məşqçisi Kike Setyen komandanın futbolçusu Arturo Vidalın gələcək taleyinə aydınlıq gətirib.

Fins.az-ın verdiyi məlumata görə, 61 yaşlı mütəxəssis çilili yarımmüdafiəçini komandada saxlamaq qərarı verib.

O, 32 yaşlı futbolçunun digər klublara mümkün transferini əngəlləyib. Bu isə o deməkdir ki, Vidal ən azı mövsümün sonuna qədər "Barselona"da qalacaq.

Qeyd edək ki, Çili millisinin üzvü 2018-ci ildə Almaniyanın "Bavariya" klubundan "Barselona"ya transfer olunub. 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Barselona"nın baş məşqçisi futbolçunun komandadan ayrılmasını istəməyib — Fins.az — Fins.az