Balıq ehtiyatlarının qorunması üçün qanunsuz ova qarşı nəzarət gücləndirilib

Balıq ehtiyatlarının qorunması üçün qanunsuz ova qarşı nəzarət gücləndirilib

DİGƏR
203

Fins.az - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən, balıqların kürüləmə dövrü ilə əlaqədar olaraq sənaye məqsədilə balıq və digər su bioresurslarının ovu may ayının 1-dən etibarən ölkə ərazisindəki bütün su hövzələrində sentyabr ayının 1-dək qadağan edilir. Bu məqsədlə balıq ehtiyatlarının mühafizəsi və qanunsuz balıq ovuna qarşı nəzarət tədbirləri gücləndirilir.

Belə ki, Mingəçevir su anbarında, Yevlax rayonunun Xanabad kəndi istiqamətində, Kür çayının Samux rayonu ərazisində, Şəmkir rayonu ərazisində,Bakı-Abşeron ərazisində, Xəzər dənizinin Şabran, Siyəzən,Neftçala,Salyan, Lənkəran, Astara rayonları akvatoriyasında balıqçılarla balıqovlama mövsümünün qadağan olunması barədə maarifləndirici söhbətlər aparılmışdır.

Qeyd olunan ərazilərdə mütəmadi olaraq qanunsuz balıq ovuna qarşı reydlər keçirilmişdir. Aşkar edilən torlar və balıq ovlama qurğuları sudan çıxarılaraq zərərsizləşdirilmişdir.

Qeyd edək ki, may ayının 1- dən iyun ayının 11- dək keçirilən reydlər nəticəsində Mingəçevir su anbarında, Yevlax rayonunun Xanabad kəndi istiqamətində, Kür çayının Samux rayonu ərazisindən keçən hissəsinin sağ sahilində, Xəzər dənizinin Pirallahı, Salyan rayonlarında qanunsuz balıq ovu ilə məşğul olan 15 vətəndaş məsuliyyətə cəlb edilmiş, 15 fakt üzrə inzibati qaydada protokollar tərtib olunmuşdur. 1 fakt üzrə cinayət məsuliyyəti yaranması səbəbi ilə toplanmış materiallar aidiyyatı üzrə hüquq mühafizə orqanlarına göndərilmişdir.

Qurum tərəfindən balıq ehtiyatlarının mühafizəsi, qanunsuz balıq ovuna qarşı nəzarət və ekoloji maarifləndirmə tədbirləri ardıcıl şəkildə davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Balıq ehtiyatlarının qorunması üçün qanunsuz ova qarşı nəzarət gücləndirilib — Fins.az — Fins.az