Bakıda Türk Dövlətləri Təşkilatının Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası keçiriləcək

Bakıda Türk Dövlətləri Təşkilatının Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası keçiriləcək

DİGƏR
715

23-24 oktyabr tarixlərində Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin (TDT) Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası keçiriləcək.

Finss.az xəbər verir ki, iclasın keçirilməsində məqsəd TDT ölkələri arasında sənaye, elmi tədqiqat, innovasiya, texnologiya, investisiya, sahibkarlığın inkişafı və s. sahələrdə əməkdaşlığın inkişaf etdirilməsidir.

Toplantı çərçivəsində oktyabrın 23-də TDT ölkələrinin aidiyyəti qurumlarının nümayəndə heyətlərinin iştirakı ilə işçi qrupun iclası keçiriləcək. İclasda Fəaliyyət Planında nəzərdə tutulan təşəbbüslər və onların icrası üzrə gələcək addımlarla bağlı fikir mübadiləsi aparılacaq.

Oktyabrın 24-də TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası  çərçivəsində sənaye və texnologiyalar sahəsində strateji tərəfdaşlıq istiqamətləri, elm, innovasiya, investisiya, kiçik və orta sahibkarlıq və digər istiqamətlərdə əməkdaşlıq mexanizmləri müzakirə olunacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakıda Türk Dövlətləri Təşkilatının Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası keçiriləcək — Fins.az — Fins.az