“Azərsun Holdinq” Biləsuvar Konserv Zavoduna mediatur təşkil edib

“Azərsun Holdinq” Biləsuvar Konserv Zavoduna mediatur təşkil edib

DİGƏR
333

Fins.az - “Azərsun Holdinq”in təşkilatçılığı ilə jurnalistlər Biləsuvar Konserv Zavodunda “Bizim Tarla” markasının yaşıl noxud məhsulunun istehsal prosesi ilə tanış olublar.

Mediatur çərçivəsində zavodun direktoru Yalçın Xəlilov müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verib. O, bildirib ki, 2010-cu ildən fəaliyyət göstərən zavodda yaşıl noxud, xiyar, kornişon və müxtəlif növ turşular, tomat pastası, soyulmuş və doğranmış pomidor, həmçinin kürü konservləri istehsal edilir.

Növbəti mərhələdə media nümayəndələri SƏTƏM mövzusunda bildigiləndirildikdən sonra istehsal sahəsində yaşıl noxudun konservləşdirilməsi prosesini yaxından izləyiblər. Həmçinin yaşıl noxudun becərildiyi əkin sahələrinə baş çəkiblər. Bildirilib ki, yüksək məhsuldarlığın təmin olunması məqsədilə torpaqların münbitliyinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Vaxtilə istifadəyə yararsız olan ərazilərdə müasir suvarma infrastrukturu yaradılıb və torpaqlar əkin üçün yararlı vəziyyətə gətirilib.

Qeyd edək ki, Biləsuvar Konserv Zavodunda istehsal olunan məhsulllar dünyanın müxtəlif ölkələrinə ixrac olunur  və “Made in Azerbaijan” adını uğurla təmsil edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Azərsun Holdinq” Biləsuvar Konserv Zavoduna mediatur təşkil edib — Fins.az — Fins.az