
“Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsinə yeni təyinat olub
“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin İdarə Heyətinin (İH) sədri vəzifəsinə yeni təyinat həyata keçirilib.
Fins.az xəbər verir ki, Azərpoçt MMC-də rəhbərlik dəyişikliyi baş verib. Belə ki, AZCON Holding-də Baş Maliyyə Direktorunun müavini vəzifəsində çalışan Manaf Babayev “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri təyin edilib.
Eyni zamanda bildirilib ki, İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev öz ərizəsi əsasında vəzifəsindən ayrılıb.
Qeyd edək ki, İsi Mustafayev 2021–2022-ci illərdə “Azərpoçt” MMC-də baş direktorun müavini vəzifəsini icra edib, həmçinin şirkətin İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib.