
Azərbaycanlı FIFA referisi ilk dəfə beynəlxalq oyunlarda baş hakim olacaq
Fins.az - FIFA referisi Tural Qurbanov ilk dəfə beynəlxalq oyunda baş hakim kimi təyinat alıb. O, 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində keçiriləcək Niderland – Belarus matçını idarə edəcək.
Tural Qurbanova digər həmyerlimiz Asiman Əzizli və şimali makedoniyalı Aleksandar Qyurkovski kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə İlioski Vlatko (Şimali Makedoniya) yerinə yetirəcək.
B Liqasının 7-ci qrupunun son görüşü martın 31-də Türkiyənin Antalya şəhərində yerləşən Mardan İdman Kompleksinin stadionunda keçiriləcək. Qeyd edək ki, Tural Qurbanov qrupun əvvəlki oyununda, Kosovo – Niderland (0:1) matçında dördüncü hakim funksiyasını yerinə yetirib.