Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 175 milyon dollar olub

Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 175 milyon dollar olub

DİGƏR
304

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan ilə Almaniya arasında ticarət əməliyyatlarının həcmi 175,5 milyon ABŞ dolları təşkil edib.

Fins.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 309,8 milyon dollar və ya 2,8 dəfə azalıb.

Hesabat dövründə Almaniya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi xarici ticarətinin 2,80%-ni təşkil edib. Bununla da Almaniya ölkənin əsas ticarət tərəfdaşları arasında İtaliyadan sonra 6-cı pillədə qərarlaşıb.

İlin ilk iki ayında Azərbaycandan Almaniyaya ixrac 76,4 milyon dollar olub ki, bu da illik müqayisədə 208,5 milyon dollar və ya təxminən 3,7 dəfə azdır. İxracın əsas hissəsini 65,3 milyon dollar dəyərində 154,7 min ton xam neft və neft məhsulları təşkil edib. Bu məhsullar üzrə ixrac həm dəyər, həm də həcm baxımından ciddi azalma nümayiş etdirib.

Eyni dövrdə Almaniyadan Azərbaycana idxalın həcmi 99,078 milyon dollar olub. Bu göstərici də illik müqayisədə 101,3 milyon dollar və ya 2 dəfə azalıb.

Ümumilikdə, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 6,264 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29,6% azdır. Bu dövrdə ixrac 3,665 milyard dollar, idxal isə 2,599 milyard dollar olub.

Nəticədə ölkənin xarici ticarət balansında 1,066 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 1,7 dəfə artım deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 175 milyon dollar olub — Fins.az — Fins.az