Azərbaycanın qızıl ixracından gəliri artıb

Azərbaycanın qızıl ixracından gəliri artıb

DİGƏR
196

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan 60,7 milyon ABŞ dolları dəyərində qızıl ixrac edərək bu sahədə artım tempini qoruyub.

Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi-nin (İİTKM) “İxrac icmalı”nın 2026-cı il üzrə mart sayında məlumat verilib.

Məlumata əsasən, qızıl ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 51% artım nümayiş etdirib ki, bu da qeyri-neft ixracında mühüm dinamikanın formalaşdığını göstərir.

Eyni zamanda, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ümumi ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,7% artaraq 580,7 milyon ABŞ dollarına çatıb.

Hesabat dövründə yeyinti məhsulları üzrə ixrac da diqqətçəkən artım nümayiş etdirərək 30,5% yüksəlib və 200,6 milyon ABŞ dolları təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın qızıl ixracından gəliri artıb — Fins.az — Fins.az