Azərbaycanın Gürcüstan iqtisadiyyatına birbaşa investisiyaları 12,7 milyon ABŞ dolları təşkil edib

Azərbaycanın Gürcüstan iqtisadiyyatına birbaşa investisiyaları 12,7 milyon ABŞ dolları təşkil edib

DİGƏR
212

Azərbaycanın 2024-cü ilin yanvar-mart aylarında Gürcüstan iqtisadiyyatına birbaşa investisiyaları 12,7 milyon ABŞ dolları təşkil edib.

Fins.az bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin məlumatlarına istinadən xəbər verir. 2023-cü ilin eyni dövründə Gürcüstandan Azərbaycana 7,5 milyon ABŞ dolları həcmində investisiya geri qaytarılıb.

Birinci rübdə Gürcüstana birbaşa xarici investisiyalarının ümumi həcmində Azərbaycanın payı 6 % təşkil edib.

Bildirilib ki, 2024-cü ilin yanvar-mart aylarında Gürcüstan iqtisadiyyatında birbaşa xarici investisiyaların ümumi həcmi 201,4 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 64,4 % azdır.

Birinci rübdə Gürcüstana birbaşa investisiyaların həcminə görə 21 % xüsusi çəki ilə Türkiyə (42,4 milyon ABŞ dolları) lider olub. Onu Çexiya 41,5 milyon ABŞ dolları (20,6 %) investisiyaları və ABŞ (33,7 milyon ABŞ dolları, 16,7 %) izləyib.

Hesabat dövründə birbaşa xarici investisiyaların ən böyük həcmi Gürcüstanın enerji sektoruna yatırılıb - 78,7 milyon ABŞ dolları və ya ümumi həcmin 39,1 %-i (2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 21,5 % çox). İkinci yerdə ticarət sektoru - 39,5 milyon ABŞ dolları və ya 19,6 % (56,4 % az), üçüncü yerdə nəqliyyat - 38,8 milyon ABŞ dolları və ya 19,3 % (10,4 % az) qərarlaşıb.

2023-cü ildə Gürcüstan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 24 % azalaraq 1,6 milyard ABŞ dolları təşkil edib ki, bunun da 53,6 milyon ABŞ dolları Azərbaycan investisiyalarıdır.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın Gürcüstan iqtisadiyyatına birbaşa investisiyaları 12,7 milyon ABŞ dolları təşkil edib — Fins.az