Azərbaycanda Yel çərşənbəsi qeyd olunur

Azərbaycanda Yel çərşənbəsi qeyd olunur

DİGƏR
344

Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.

Fins.az xəbər verir ki, çərşənbələrdən üçüncüsü olan Yel çərşənbəsi xalq arasında “Külək oyadan çərşənbə” və ya “Küləkli çərşənbə” kimi tanınır. Bu çərşənbə yaranış prosesinin üçüncü mərhələsini əks etdirir: torpaq və su insan yaradılışının maddi əsasını təşkil edir, od və yel isə bu yaradılışda vasitəçi rolunu oynayır.

İnanclara görə, Yel çərşənbəsində əsən isti küləklər yazın gəlişindən xəbər verir. Bu gündə Yel suyu və odu hərəkətə gətirir, qədim ənənələrə uyğun olaraq Yel baba mərasimi icra edilir. Şifahi xalq yaradıcılığında Yelin tanrı kimi təsviri, əfsanələr və rəvayətlər, həmçinin Novruz şənliklərinin bir hissəsi kimi qorunub saxlanıb.

Yel çərşənbəsi həm təbiət hadisələrini, həm də qədim etiqadları birləşdirərək yaz bayramının simvolik mərasimlərindən biri kimi önəm daşıyır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda Yel çərşənbəsi qeyd olunur — Fins.az — Fins.az