
Azərbaycanda hər bir istehlakçı ayda orta hesabla 635 manat xərcləyib
Fins.az - 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 13 milyard manat təşkil edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,6% çoxdur.
Dəyərin 77,4%-i pərakəndə ticarət, 19,4%-i ödənişli xidmətlər, 3,2%-i isə ictimai iaşə üzrə formalaşıb. Qeyri-dövlət sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 12,4 milyard manat olub, bunun 44,5%-i fərdi sahibkarların payına düşür.
Hesabat dövründə hər bir istehlakçı orta hesabla ayda 634,9 manat xərcləyib ki, bu da nominal ifadədə 2025-ci ilin yanvar-fevral aylarına nisbətən 57,3 manat çoxdur.