Azərbaycan vətəndaşları bir sıra ölkələrə viza tələbindən azad olunub

Azərbaycan vətəndaşları bir sıra ölkələrə viza tələbindən azad olunub

DİGƏR
320

Fins.az - Nazirlər Kabinetinin 2025-ci il fəaliyyət hesabatına əsasən, 2025-ci ildə bir sıra ikitərəfli müqavilələr çərçivəsində Azərbaycan vətəndaşlarının viza tələbindən azad edilməsi həyata keçirilib.

  • Ümumvətəndaş, xidməti və diplomatik pasport sahibləri üçün vizasız rejim: Fici və Antiqua və Barbuda.

  • Xidməti və diplomatik pasport sahibləri üçün vizasız rejim: Benin, Dominikan, Bangladeş, Bahama adaları, Tailand, Nepal, Qvatemala.

  • Ümumvətəndaş pasport sahibləri üçün vizasız rejim: Oman, İordaniya, Peru, Kolumbiya, Malayziya, Çin Xalq Respublikasının Hong-Konq və Makau Xüsusi İnzibati regionları.

  • Xidməti pasport sahibləri üçün vizasız rejim: Kamboca.

Bu tədbirlər Azərbaycan və digər ölkələr arasında turizm, ticarət və diplomatik münasibətlərin inkişafına töhfə verir, həmçinin vətəndaşların beynəlxalq səfər imkanlarını genişləndirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan vətəndaşları bir sıra ölkələrə viza tələbindən azad olunub — Fins.az — Fins.az