Azərbaycan stolüstü tennisçiləri Avrasiya Liqasında mübarizə aparacaq

Azərbaycan stolüstü tennisçiləri Avrasiya Liqasında mübarizə aparacaq

DİGƏR
484

Fins.az - Azərbaycanın gənc stolüstü tennisçiləri Avrasiya Liqasında iştirak etmək üçün Qazaxıstana yola düşüblər.

Aktobe şəhərində keçiriləcək yarışda milli komanda baş məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə çıxış edəcək. Komandanın heyətində Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadə yer alıb. Onlar martın 27-də mübarizəyə başlayacaqlar. Yarışın ilk turu isə martın 30-da başa çatacaq.

Qeyd edək ki, bundan əvvəl qadınlardan ibarət Azərbaycan yığması da bu turnirdə debüt edib və 8 oyundan 7-də qələbə qazanaraq ilk turun nəticələrinə əsasən ikinci yeri tutub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan stolüstü tennisçiləri Avrasiya Liqasında mübarizə aparacaq — Fins.az — Fins.az