Azərbaycan millisi “FIFA Series – 2026” beynəlxalq turnirinin qalibi olub

Azərbaycan millisi “FIFA Series – 2026” beynəlxalq turnirinin qalibi olub

DİGƏR
349

Fins.az - Futbol üzrə Azərbaycan milli komandası “FIFA Series – 2026” beynəlxalq turnirində son oyununu keçirib və qalib olub. Komanda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Syerra Leone yığması ilə qarşılaşıb.

Əsas vaxt 1:1 hesablı heç-heçə ilə yekunlaşdığı üçün penaltilər seriyası təşkil olunub. Burada Azərbaycan millisi 9:8 hesabı ilə daha dəqiq çıxış edərək turnirin qalibi adını qazanıb. Syerra Leone seçməsi isə ikinci yeri tutub.

Qeyd edək ki, Azərbaycan millisi turnirin ilk oyununda Sent Lüsiya yığmasını 6:1 hesabı ilə məğlub etmişdi.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan millisi “FIFA Series – 2026” beynəlxalq turnirinin qalibi olub — Fins.az — Fins.az