“Azavtobus” “Azərxalça”dan növbəti böyük sifarişi aldı

“Azavtobus” “Azərxalça”dan növbəti böyük sifarişi aldı

DİGƏR
1,736

“Azərxalça” ASC avtobusların satın alınması üzrə növbəti tenderini yekunlaşdırıb.

 

Fins.az xəbər verirki, bu dəfə də tenderin qalibi “Azavtobus” MMC-dir.

 

Artıq “Azərxalça” ASC və Azavtobus” MMC arasında müqavilə bağlanılıb. Məbləği 717 min 195 manat olan müqavilə “oturacaqlarin sayı 28-30 arası olan avtobusların satın alınması”nı nəzərdə tutur.

 

Dekabr ayında da “Azərxalça” ASC “Azavtobus” MMC-dən 1,4 milyon manatlıq avtobuslar və yük avtomobilləri alıb. Səhmdar cəmiyyət 5 ədəd oturacaqlarin sayı 28-30 arasi olan avtobusların satın alınmasına 717 min 195  manat, orta ağır tonnajlı 5 ədəd yük avtomobillərinin satınalınmasına isə 675 min 7 manat xərcləmişdi.

 

Xatırladaq ki, 2014-cü ildə dövlət qeydiyyatına alınan “Azavtobus” MMC-nin nizamnamə kapitalı 1000 manat, qanuni təmsilçisi isə Rüfət İsrafil oğlu Zeynalovdur. “Azavtobus” MMC Türkiyə-Yaponiya birgə müəssisəsi olan “Anadolu Otomativ Senaye” (AOS) Şirkətinin Azərbaycanda rəsmi eksklüziv distribyutorudur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Azavtobus” “Azərxalça”dan növbəti böyük sifarişi aldı — Fins.az — Fins.az