Araşdırma: yumurta gündəlik qidalanmada sağlamlıq üçün faydalıdır

Araşdırma: yumurta gündəlik qidalanmada sağlamlıq üçün faydalıdır

DİGƏR
352

Fins.az - Uzunmüddətli araşdırmaların nəticələrinə görə, gündə bir yumurta yemək sağlamlığa müsbət təsir göstərir.

Məlumata əsasən, yumurta yüksək protein, vitamin və antioksidant tərkibi ilə orqanizmin əsas qida ehtiyaclarını qarşılamaqda mühüm rol oynayır. O, ürək-damar sistemini dəstəkləyir, “yaxşı xolesterin” səviyyəsini tənzimləyir və damar tutulması riskini azalda bilər.

Tədqiqatlar göstərir ki, müntəzəm yumurta istehlakı ürək tutması və insult riskinin azalması ilə də əlaqələndirilir.

Yumurtanın tərkibində olan A, B12, D və E vitaminləri, həmçinin omeqa-3 yağ turşuları, lutein və zeaksantin göz sağlamlığı üçün faydalıdır və bəzi göz xəstəliklərinin riskini azalda bilər.

Bundan əlavə, kolin maddəsi beyin fəaliyyətini dəstəkləyir, sink və kükürd isə əzələ gücünün artmasına, saç və dırnaqların möhkəmlənməsinə kömək edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Araşdırma: yumurta gündəlik qidalanmada sağlamlıq üçün faydalıdır — Fins.az — Fins.az