Antonio Quterreş Sudanda artan gərginliklə bağlı çağırış etdi

Antonio Quterreş Sudanda artan gərginliklə bağlı çağırış etdi

DİGƏR
363

Finss.az - Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Sudanın paytaxtı Xartumun şimalında yerləşən Cili neft emalı zavodu ətrafında və Darfurdakı Faşir bölgəsində münaqişənin şiddətlənməsindən narahatlığını ifadə edib və tərəfləri təmkinli olmağa çağırıb.

Məlumata görə, Antonio Quterreş tərəfləri Sudan və region üçün ciddi iqtisadi və ekoloji nəticələrə səbəb ola biləcək hər hansı hərəkətlərdən çəkinməyə çağırıb.

Mülki əhalinin və mülki infrastrukturun qorunması, habelə humanitar yardımın təmin edilməsi ilə bağlı beynəlxalq hüquqdan irəli gələn öhdəlikləri xatırladan Antonio Quterreş deyib: “Sudanlı qadınlar, uşaqlar və kişilər münaqişə tərəflərinin davam edən hərbi əməliyyatlarının bədəlini ödəyirlər.”

Tərəfləri dialoqa çağıran Antonio Quterreş münaqişənin yalnız əhatəli siyasi proses vasitəsilə həll oluna biləcəyini vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Antonio Quterreş Sudanda artan gərginliklə bağlı çağırış etdi — Fins.az — Fins.az