"Ziyan çəkən sahibkarlardan icarə haqqı bu ilin sonunadək hesablanmayacaq"

"Ziyan çəkən sahibkarlardan icarə haqqı bu ilin sonunadək hesablanmayacaq"

BİZNES
1,040
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Baş naziri “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların respublika iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə sərəncam imzalayıb. 
Fins.az-ın məlumatına görə, sərəncamı şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Tədbirlər Planı üç istiqaməti - iqtisadi artıma və sahibkarlığa dəstəyi, məşğulluq və sosial rifaha dəstəyi, makroiqtisadi və maliyyə sabitliyini əhatə edir:
Dövlət əmlakını və dövlət torpağını icarəyə götürmüş ziyan çəkən sahibkarlardan icarə haqqı bu ilin sonunadək hesablanmayacaq:
"Qeyri-neft məhsullarının ixracının artırılması üçün malların ixrac qeydi ilə satışı, yerli istehsalı olmayan idxal məhsullarına gömrük rüsumu güzəştlərinin tətbiqi, gömrük rəsmiləşdirilməsi, nəzarət və icazələrin (sertifikatların) verilməsi tədbirlərinin sürətləndirilməsi nəzərdə tutulur.
 
Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Ziyan çəkən sahibkarlardan icarə haqqı bu ilin sonunadək hesablanmayacaq" — Fins.az — Fins.az