Zərgərlik Sahəsində Fəaliyyət Göstərən Sahibkarlarla Maarifləndirici Görüş Keçirilib

Zərgərlik Sahəsində Fəaliyyət Göstərən Sahibkarlarla Maarifləndirici Görüş Keçirilib

BİZNES
220

Fins.az - Tədbirdə sahibkarlara qiymətli metallar və qiymətli daşlardan hazırlanmış məmulatların dövriyyəsini tənzimləyən normativ hüquqi aktların tələbləri, əyarlama xidməti barədə məlumat verilib, eyni zamanda əyar damğası olmadan qiymətli metal məmulatlarının satışa çıxarılması və ya dövriyyəsinin həyata keçirilməsi hallarında qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət tədbirləri izah edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən istehlak bazarında fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün istehlakçı hüquqlarının müdafiəsi sahəsində mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirilir. Bu silsilədən olan növbəti görüş Mərkəzi Univermaqda zərgərlik məmulatlarının satışı ilə məşğul olan sahibkarlarla keçirilib.

Görüşün əsas məqsədi qiymətli metallar və qiymətli daşlardan hazırlanmış məmulatların dövriyyəsi sahəsində qanunvericiliyin tələblərinin izah edilməsi, dövlət əyar nəzarəti sisteminin tətbiqi ilə bağlı sahibkarların məlumatlandırılması, habelə bu sahədə rast gəlinən praktiki məsələlərin müzakirəsi olub.

Tədbirdə iştirakçılara qiymətli metallar və qiymətli daşlardan hazırlanmış məmulatların dövriyyəsini tənzimləyən normativ hüquqi aktların tələbləri, əyarlama xidməti, dövlət əyar nəzarətinin həyata keçirilməsi qaydaları, sahibkarların hüquq və vəzifələri barədə məlumat verilib. Əyarlama fəaliyyəti nəticəsində məmulatlara əyar damğasının vurulmasına görə qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumları diqqətə çatdırılıb, rüsumların tətbiqi qaydaları və ödəniş mexanizmləri izah edilib. Əyar damğası olmadan qiymətli metal məmulatlarının satışa çıxarılması və ya dövriyyəsinin həyata keçirilməsi hallarında qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət tədbirləri barədə məlumat verilib.

Görüş interaktiv müzakirə formatında davam etdirilib. Sahibkarları maraqlandıran suallar cavablandırılıb, onların rəy və təklifləri dinlənilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Zərgərlik Sahəsində Fəaliyyət Göstərən Sahibkarlarla Maarifləndirici Görüş Keçirilib — Fins.az — Fins.az