Yevlax və Xaçmaz KOB evlərində sahibkarlara 73 mindən çox xidmət göstərilib

Yevlax və Xaçmaz KOB evlərində sahibkarlara 73 mindən çox xidmət göstərilib

BİZNES
1,192

2022-ci ildə Yevlax və Xaçmaz KOB evlərində sahibkarlara ümumilikdə 73 mindən çox “G2B” (dövlət-biznes) və “B2B” (biznes-biznes) xidmət göstərilib.

Fins xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov yanvarın 19-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin 2022-ci il üzrə fəaliyyətinin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

KOBİA sədri qeyd edib ki, hazırda Yevlax, Xaçmaz və bu il yanvarın 6-da fəaliyyətə başlamış “Bakı KOB evi”ndə sahibkarlara dövlət və özəl qurumlar tərəfindən 250-dən çox xidmət göstərilir. Ümumilikdə, KOB evləri üzrə göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98 faiz təşkil edir. Növbəti mərhələdə Gəncə şəhərində KOB evinin yaradılması nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yevlax və Xaçmaz KOB evlərində sahibkarlara 73 mindən çox xidmət göstərilib — Fins.az — Fins.az