Yeni subsidiya və güzəşt alətləri artırılır - Mikayıl Cabbarov

Yeni subsidiya və güzəşt alətləri artırılır - Mikayıl Cabbarov

BİZNES
317

Özəl sektora dövlət dəstəyi alətləri genişləndiriləcək və yeni mexanizmlərlə gücləndiriləcək.

Fins.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, dövlət dəstəyi çərçivəsində xüsusi sənaye zonaları, işğaldan azad olunmuş ərazilərdə vergi və ödəniş güzəştləri, sosial ödənişlər üzrə imtiyazlar, kommunal xərclərlə bağlı dəstək mexanizmləri və kredit faizlərinə subsidiyalar tətbiq olunur. O qeyd edib ki, bu alətlər artıq öz effektivliyini sübut edib və gələcəkdə daha da təkmilləşdiriləcək.

Çıxışda vurğulanıb ki, Zəngəzur dəhlizinin açılması və nəqliyyat-logistika infrastrukturunun inkişafı Azərbaycanın ixrac imkanlarının genişlənməsinə və yerli istehsalın xarici bazarlara çıxışına mühüm töhfə verəcək.

Eyni zamanda, ixracın təşviqi, logistika xərclərinin qarşılanması və sahibkarlığın dəstəklənməsi üçün yeni mexanizmlərin tətbiqi istiqamətində işlərin davam etdiyi qeyd olunub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yeni subsidiya və güzəşt alətləri artırılır - Mikayıl Cabbarov — Fins.az — Fins.az