Yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 18,6 milyard manatdan çox olub

Yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 18,6 milyard manatdan çox olub

BİZNES
391

Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

"Fins.az" xəbər verir ki,noyabrın 1-nə ölkə ərazisində 77.979 ədəd yeni nəsil NKA quraşdırılıb. Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2022-ci ilin yanvar-oktyabr aylarında həmin NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 18 milyard 605,9 milyon manatdan çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 49 faiz çoxdur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 18,6 milyard manatdan çox olub — Fins.az — Fins.az