"Yeni Məktəb" MMC dövlət başçısının çağırışına cavab olaraq bir sıra tədbirlər həyata keçirib

"Yeni Məktəb" MMC dövlət başçısının çağırışına cavab olaraq bir sıra tədbirlər həyata keçirib

BİZNES
4,080

Dünyanı ağuşuna almış koronavirus (covid-19) pandemiyası ölkələrin səhiyyə sistemləri ilə yanaşı iqtisadiyyatlarına da ağır zərbə vurur.Ölkə rəhbərliyi tərəfindən virusun yayılmasının qarşısının alınması üçün aparılan uğurlu qabaqlayıcı tədbirlərə rəğmən   bu proseslər Azərbaycandan da yan keçmir. Bu səbəbdən pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirlərinin qarşısının alınması istiqamətində dövlət tərəfindən müxtəlif proqramlar və sosial dəstək layihələri həyata keçirilir.

Respublikamızda fəaliyyət göstərən müxtəlif müəssisə və təşkilatlar, şirkətlər, ayrı-ayrı imkanlı şəxslər dövlət başçısının 19 mart 2020-ci il tarixli "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və karonavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanına əsasən yaradılmış "Koronavirusla Mübarizəyə Dəstək Fondu"-na vəsait  ayıraraq həmrəylik nümayiş etdirirlər.

"Yeni Məktəb" MMC də  dövlət başçısının milli həmrəyliyin gücləndirilməsi ilə bağlı çağırışına cavab olaraq, yeni işcilərin işə cəlb olunması ilə  ilə pandemiyanın səbəb olduğu işsizliyin qismən də olsa aradan qaldırılmasına öz töhfəsini verib. 

Yeni iş yerlərinin açılması burada çalışacaq şəxslərin   ailələrinin maddi cəhətdən təmin olunmasına yardım  kimi qiymətləndirilir.  "Yeni Məktəb" MMC-nin  kollektivi, əsas sütununu həmrəylik, mərhəmət təşkil edən Azərbaycan cəmiyyətinə səslənərək, "Biz birlikdə güclüyük!”- devizi altında “Gəlin bir olaq, həmrəy olaq və imkanımız daxilində ən azından ətrafımızdakı insanlara dəstək olaq!" deyərək, virusa qarşı mübarizədə ön cəbhədə olan və vəzifələrini yerinə yetirən tibb işçilərinin və bütün dövlət qurumlarının əməkdaşlarına öz təşəkkürünü bildirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Yeni Məktəb" MMC dövlət başçısının çağırışına cavab olaraq bir sıra tədbirlər həyata keçirib — Fins.az — Fins.az