Yeni ildə keçiriləcək oyun zamanı əməkdaşlara təqdim edilməsi üçün hədiyyələrin satınalınması -TENDER

Yeni ildə keçiriləcək oyun zamanı əməkdaşlara təqdim edilməsi üçün hədiyyələrin satınalınması -TENDER

BİZNES
328

“ABB” ASC, Yeni ildə keçiriləcək oyun zamanı əməkdaşlara təqdim edilməsi üçün hədiyyələrin satın alınması üzrə kotirovka sorğusu elan edir.

Finss.az şirkətin kotirovka üzrə tələb və şərtlərini təqdim edir:

Kotirovka sorğusunun elan tarixi: 02.12.2024

Kotirovka sorğusunda iştirak etmək istəyən iddiaçılar öz qiymət kotirovkalarını qapalı zərfdə imzalanmış və ya möhürlənmiş şəkildə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 67 ünvanında yerləşən “ABB” ASC-nin Baş ofisinə 10 dekabr 2024-cü il saat 17:00-a qədər təqdim etməlidirlər.

Kotirovka sorğusunda iştirak etmək istəyən iddiaçılar iştirak niyyətini bildirmək üçün: [email protected] və [email protected] e-poçt ünvanına şirkətin adını qeyd etməklə “iştirakımı  təsdiq edirəm” mətnini  göndərməlidir.

Kotirovka sorğusu proseduru üzrə zərflərin açılışı 11 dekabr 2024-cü il saat 15:00-da keçiriləcəkdir.

Kotirovka sorğusu ilə bağlı əlavə məlumat almaq üçün adı qeyd edilmiş “ABB” ASC-nin əməkdaşına (Rahib Hüseynquluyev: (012) 493-00-91, daxili 82-11/82-12, elektron poçt ünvanları: ( [email protected]  və [email protected]) müraciət edə bilərsiniz.                    
    

Kaira Agayeva
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yeni ildə keçiriləcək oyun zamanı əməkdaşlara təqdim edilməsi üçün hədiyyələrin satınalınması -TENDER — Fins.az — Fins.az