Yeni aqrar modellər yüksək məhsuldarlıq yaradacaq - Məcnun Məmmədov

Yeni aqrar modellər yüksək məhsuldarlıq yaradacaq - Məcnun Məmmədov

BİZNES
409

İşğaldan azad olunmuş ərazilərdəki kəndlər kənd təsərrüfatı strategiyasında xüsusi və özünəməxsus yer tutur.

Fins.az xəbər verir ki, bu barədə Məcnun Məmmədov Bakıda keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumunda bildirib.

Kənd təsərrüfatı naziri qeyd edib ki, həmin ərazilərdə müasir infrastrukturun qurulması, innovativ təsərrüfat modellərinin yaradılması və “ağıllı kənd” yanaşmalarının tətbiqi regionun böyük aqrar potensialının reallaşmasına xidmət edir.

Onun sözlərinə görə, azad olunmuş ərazilərdə modelləşdirilən yeni aqrar təsərrüfat sistemləri gələcəkdə həm Azərbaycanda, həm regionda, həm də dünyada nümunə ola bilər. Nazir əlavə edib ki, aqrar sahədə rəqəmsallaşmanın genişləndirilməsi, “ağıllı kənd təsərrüfatı” həllərinin tətbiqi, su resurslarından səmərəli istifadə, torpaq mülkiyyətinin qorunması və ekoloji dayanıqlı istehsal modellərinin təşviqi dövlət siyasətinin əsas istiqamətlərindəndir.

M.Məmmədov vurğulayıb ki, əsas məqsəd müasir çağırışlara cavab verən, yüksək məhsuldarlığa əsaslanan və ixrac potensialı güclü aqrar sistemin formalaşdırılmasıdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yeni aqrar modellər yüksək məhsuldarlıq yaradacaq - Məcnun Məmmədov — Fins.az — Fins.az