
Yaxın Şərqdə gərginlik neft və qaz qiymətlərini kəskin artırıb
Fins.az - Yaxın Şərqdə İran, ABŞ və İsrail arasında davam edən hərbi toqquşmalar gərgin mərhələyə keçib və bu, dünya enerji bazarında neft və qaz qiymətlərinin kəskin artmasına səbəb olub.
ABŞ-nin İrana quru qoşunları göndərmək planları və Tailand bayrağı altında üzən yük gəmisinin Hörmüz boğazında İran tərəfindən raket zərbəsinə məruz qalaraq yanması bazarlarda ciddi reaksiya doğurub. Nəticədə neft qiymətləri bir anda 6–7 faiz yüksəlib.
London birjasında “Brent” markalı neftin bir bareli 117,49 dollar, WTI markalı neft 102,75 dollar, “Azeri Light” isə 121,25 dollar səviyyəsinə qədər bahalaşıb.
Nyu-York və London birjalarında günün ikinci yarısında da qiymətlər 6–7 faiz artımla qalmaqda davam edib və ticarət sessiyasının sonunadək ciddi dəyişiklik qeydə alınmayıb.