Yaponiyanın LNG idxalı azalıb

Yaponiyanın LNG idxalı azalıb

BİZNES
411

Finss.az xəbər verir ki, dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) alıcılarından biri olan Yaponiya 2025-ci ilin sentyabrında 5,156 milyon ton LNG idxal edib. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5% azalma deməkdir.

Eyni tendensiya iyul və avqust aylarında da müşahidə olunub, bu da ölkənin enerji tələbatındakı dəyişikliklər və ehtiyatların tənzimlənməsi ilə əlaqələndirilir.

Sentyabr ayında Rusiyadan LNG idxalı 555 000 ton təşkil edib ki, bu da ötən ilin 432 000 ton göstəricisindən əhəmiyyətli dərəcədə çoxdur. Bu rəqəm son altı ayın ən yüksək səviyyəsi kimi qeydə alınıb.

Ümumilikdə, ildə bu günə qədər Yaponiya 47,925 milyon ton LNG tədarük edib, bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 2,6% azdır.

Mütəxəssislərin fikrincə, Yaponiyanın LNG idxalında azalma əsasən kommersiya ehtiyatlarının azaldılmasıistilik mövsümünə hazırlıqla bağlı balanslaşdırma siyasəti ilə bağlıdır. Oktyabr ayında isə ehtiyatların yenidən artırılması gözlənilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yaponiyanın LNG idxalı azalıb — Fins.az — Fins.az