
Xpeng Avropada zavod almaq üçün Volkswagen ilə danışıqlar aparır
Fins.az - XPeng Avropadakı fəaliyyətini genişləndirmək məqsədilə Volkswagen və digər avtomobil istehsalçıları ilə zavod alınması barədə danışıqlar aparır.
Məlumata görə, şirkətin Şimali və Şərqi Avropa üzrə idarəedici direktoru Elvis Cheng Londonda keçirilən “Future of the Car” konfransında bildirib ki, məqsəd Avropada uyğun istehsal platforması tapmaqdır.
Xpeng eyni zamanda regionda tamamilə yeni zavod tikilməsi variantını da nəzərdən keçirir. Şirkət nümayəndəsinin sözlərinə görə, bəzi mövcud müəssisələr yeni nəsil elektromobillərin istehsalı üçün uyğun deyil və Volkswagen-in bəzi zavodları artıq texnoloji baxımdan köhnəlmiş hesab olunur.
Ekspertlər hesab edirlər ki, Çin elektromobil istehsalçılarının Avropada istehsal bazası yaratmaq istəyi qlobal avtomobil bazarında rəqabəti daha da gücləndirəcək.