Xorvatiya Azərbaycanla enerji sahəsində əməkdaşlığa böyük önəm verir - Vedran Şpehar

Xorvatiya Azərbaycanla enerji sahəsində əməkdaşlığa böyük önəm verir - Vedran Şpehar

BİZNES
555

Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyi və təchizatın şaxələndirilməsi baxımından strateji əhəmiyyətini qoruyur və bölgədə enerji sistemlərinin dayanıqlılığını gücləndirir.

Fins.az xəbər verir ki, Xorvatiyanın İqtisadiyyat Nazirliyinin dövlət katibi Vedran Şpehar Cənub Qaz Dəhlizinin Məşvərət Şurası nazirlərinin iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ölkəsi Azərbaycanla enerji sahəsində əməkdaşlığa böyük önəm verir. O vurğulayıb ki, bu əməkdaşlıq həm milli, həm də regional bazarlar üçün sabit və şaxələndirilmiş qaz təchizatını təmin edir:

“Gələcəyə baxdıqda, Cənub Qaz Dəhlizi Avropanın dəyişən enerji mənzərəsində strateji əhəmiyyətini qoruyacaq. Aşağı karbonlu gələcəyə keçid davam etdikcə təbii qaz enerji sistemlərinin təhlükəsiz, balanslı və sabit fəaliyyətində həlledici rol oynayacaq.”

Cənub Qaz Dəhlizi Türkiyə və Avropaya qaz tədarükünü təmin edən dörd əsas komponentdən ibarətdir: “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (SCPX), Transanadolu Qaz Boru Kəməri (TANAP) və Transadriatik Qaz Boru Kəməri (TAP).

Bu günə qədər Avropaya qazın nəqli Transadriatik Boru Kəməri vasitəsilə 56 milyard kubmetr təşkil edib. TAP ilk genişləndirmə prosesindən keçərək illik 1,2 milyard kubmetr əlavə qaz tədarükünü təmin etməyə hazır olub ki, bu da Avropa bazarına əlavə qaz axınına imkan verəcək."

Fuad Mədəto
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Xorvatiya Azərbaycanla enerji sahəsində əməkdaşlığa böyük önəm verir - Vedran Şpehar — Fins.az — Fins.az