“Xiaomi” yeni qulaqlığını təqdim edib

“Xiaomi” yeni qulaqlığını təqdim edib

BİZNES
420

“Xiaomi” şirkəti yeni TWS qulaqlığını təqdim edib.

Fins.az “Gizmo China”ya istinadən xəbər verir ki, “Mi Air 2 Pro” səsbatırma sistemilə təchiz edilmiş yeni cihaz dinləyicini kənar səslərdən qoruyur.

Simsiz doldurma qurğusuna malik qulaqlıq “Air2 Pro” batareyası ilə 7 saat, doldurma qurğusu ilə isə 28 saat fasiləsiz çalışa bilir.

Yerli bazarda 699 yuandan (103,8 ABŞ dolları) satılacağı bildirilən yeni qulaqlığın satışa nə zaman çıxarılacağı göstərilmir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Xiaomi” yeni qulaqlığını təqdim edib — Fins.az — Fins.az